Lokasiya Marketinq

Giriş
Bu gün rəqəmsal xəritələr və lokasiya məlumatları insanların gündəlik həyat fəaliyyətinin ayrılmaz bir hissəsidir. Artıq yeni restoran axtaran, klinikaya marşrut quran, dostlarına məkan göndərən, kuryer sifariş edən və ya sosial şəbəkələr vasitəsilə hər hansı bir məkanı paylaşan hər kəsin mütəmadi olaraq lokal məlumatlara ehtiyacı var və onlardan istifadə edib yararlanır. Onlar həm lazımi istiqaməti göstərən alət, həm də insanları onun gerçəkləşməsinə rəqəmsal zəmin olan əsas informasiya mənbələrindən biridir.
Hər gün minlərlə insan Google Axtarış, Google Xəritələr (Google Maps, Waze), Süni İntellekt (Sİ), Apple Maps və digər xəritə platformalarında bizneslər haqqında məlumat əldə edir, onların ünvanını tapır, iş saatlarını yoxlayır, müştəri rəylərini oxuyur, şəkillərə baxır və marşrut qurur. Bu prosesdə təqdim olunan biznesə aid məlumatların dəqiqliyi, bütövlüyü, dolğunluğu, görünümlüyü və onlayn nüfuzu istifadəçilərin seçimlərinə birbaşa təsir göstərir.
Məhz bu səbəbdən lokasiya marketinq (Location Marketing) müasir rəqəmsal marketinqin ən vacib istiqamətlərindən biridir və bizneslərin həm onlayn görünümlüyünün artırılmasında, həm də onların fiziki məkanlarına daha çox müştəri cəlb etməsində strateji rol oynayır.
“Lokasiya marketinq” anlayışı
Lokasiya marketinq (Location Marketing) məqsədi bizneslərin rəqəmsal xəritələrdə, lokal axtarış nəticələrində və süni intellekt platformalarında visuallığını artırmaq, biznes məlumatlarının düzgün və aktual olması, müştəri rəylərinin və onlayn etibarlılığının səmərəli idarə edilməsi, həmçinin potensial müştərilərin faktiki satış nöqtələrinə yönləndirilməsi olan rəqəmsal alış-satış istiqamətidir.
Məqsədə çatma yolu (metodu) təqdim olunan biznesə aid məlumatların bütün rəqəmsal platformalarda dəqiq, tam və vahid şəkildə təqdim edilməsini təmin etmək, istifadəçilərin onları asanlıqla tapmasına kömək etmək və onların qərarvermə prosesinə müsbət təsir göstərməkdir. Bu yanaşma bizneslərin onlayn əyaniliyini artırmaqla yanaşı, daha çox zəng edilməsinin, marşrut sorğusunun, filiala ziyarətlərinin və satışın gerçəkləşməsini stimullaşdırır.
Marketinq ənənəvi və rəqəmsal olaraq, müxtəlif istiqamətləri əhatə edən bir sahədir. Ənənəvi marketinq televiziya, radio, açıq hava reklamları və çap mediası kimi kanalları əhatə edir, rəqəmsal marketinq isə sosial media marketinqi, axtarış sistemləri optimallaşdırması (SEO), axtarış sistemləri marketinqi (SEM), kontent marketinq və digər ixtisaslaşmış istiqamətlərdən ibarətdir. Lokasiya marketinq də rəqəmsal marketinqin ixtisaslaşmış istiqamətlərindən biridir və istifadəçilərin coğrafi mövqeyi və lokal axtarış davranışı əsasında bizneslərin rəqəmsal görünümlüyünün idarə olunmasına fokuslanır.
Beynəlxalq praktikada lokasiya marketinqi müxtəlif rəqəmsal marketinq alətlərindən və strategiyalarından ibarət kompleks yanaşma olaraq qiymətləndirilir. Bu kompleks yanaşmaya Google Business Profile, Google Maps, Apple Maps, Bing Places və digər biznes platformalarının idarə olunması, lokal SEO, onlayn biznes kataloqlarının idarə olunması (Citation Management), müştəri rəylərinin idarə olunması (Review Management), onlayn etibarlılığının idarə olunması (Online Reputation Management), çoxfiliallı bizneslərin mərkəzləşdirilmiş idarə olunması (Multi-location Management) və biznesin məqsədlərə uyğun lokasiya - alqı-satqı əsası olan reklam həlləri daxildir.
Lokasiya (yerli-yataqlı) marketinqin bizneslər üçün üstünlükləri
Biznesin rəqəmsal xəritələrdə görünməsini, potensial müştərilərin biznesi asanlıqla tapmasını, etibarlı məlumat əldə etməsini, qərarvermə prosesini sürətləndirir. Nəticədə bizneslərin rəqəmsal görünümlükləri artır və fiziki satış nöqtələrinə daha çox müştəri cəlb olunur.
Lokasiya (yerli-yataqlı) marketinqin üstünlükləri biznesin fəaliyyət sahəsindən və hədəflədiyi auditoriyadan asılı olaraq dəyişsə də, onun əsas üstünlükləri aşağıdakılardır.
Hansı bizneslər lokasiya marketinqdən faydalana bilər?
Lokasiya (yerli-yataqlı) marketinq fiziki ünvanda fəaliyyət göstərən, müəyyən coğrafi ərazidə fəaliyyət göstərən və ya müştərilərini xəritələr və lokal axtarış vasitəsilə tapan bütün bizneslər üçün faydalı rəqəmsal marketinq istiqaməti olaraq restoranlar, kafelər, otellər, klinikalar, apteklər, supermarketlər, gözəllik salonları, fitness mərkəzləri, hüquq şirkətləri, avtomobil servisləri, daşınmaz əmlak agentlikləri, bank filialları, təhsil müəssisələri və digər fiziki xidmət göstərən bizneslər üçün geniş tətbiq olunur. Müasir dövrdə bu yöndə yanaşma yalnız fiziki mağazaları, ofisi, filialları, təhvil məntəqələr, həmçinin konkret xidmət ərazisi olan onlayn bizneslər üçün də lokasiya marketinqindən effektiv şəkildə yararlıdır.
Qeyd: Onun əsas məqsədi istifadəçilərin biznesi daha asan tapmasına, etibarlı məlumat əldə etməsinə və bizneslə əlaqə qurmasına şərait yaratmaq olduğuna görə fiziki ünvanı, xidmət ərazisi, və ya regional fəaliyyəti olan istənilən biznes ondan faydalana bilər.
Nəticə
Lokasiya (yerli-yataqlı) marketinq müasir rəqəmsal marketinqin strateji istiqamətlərindən biri olan, bizneslərin xəritələrdə, lokal axtarış nəticələrində və digər rəqəmsal platformalarda görünümlüyün artırılmasına xidmət edir. Onun düzgün planlaşdırılan və davamlı idarə olunan strategiyası həm biznes məlumatlarının etibarlılığını artırır, həm istifadəçi təcrübəsini yaxşılaşdırır həm də potensial müştərilərin bizneslə daha rahat əlaqə qurmalarına imkan yaradır.
Rəqəmsal texnologiyaların, süni intellektin və istifadəçi davranışlarının dəyişməsi zərurəti ilə lokasiya (yerli-yataqlı) marketinqin önəmini gələcək illərdə daha da artıracaq. Buna görə bizneslərin rəqəmsal mövcud olması, həmin mövcudluğu düzgün, ardıcıl və davamlı şəkildə idarə edilməsi uzunmüddətli uğurun əsas amillərindən biridir.


